Stadia ilk təqdim olunanda oyun mediası çoxda ciddiyə almırdı.Ancaq son bir neçə ayda baş verənlər göstərdiki stream texnologiyaları oyun sektorunu dəyişdirəcək.Bizim kimi üçüncü dünya ölkələrində istifadəyə yararlı olmasada avropada stadia və geforce now vasitəsi ilə oyun oynayan geniş bir kütlə var artıq və gedərək daha da böyüyəcək.

Məlumdur ki, son günlərdə hamı evdədi.Ona görə netflix kimi servislərin istifadə müddəti inanılmaz artıb.Dünən yayımladıqları statistikaya görə son 15 gündə abonə sayı 15% artıb.

hələ ki, azərbaycan dili bölməsi mövcud olmadığından giriş edərkən dil bölməsindən "other" (nolsun ki, gürcücə hekayələr filan dolub məsləhət siyahım? dili də bilmirəm barı.) və ya "english" seçməyiniz məsləhətdir. elə ən yaxşısı ingiliscə olar, öyrənməkdəsinizsə, sadə dilli fan-fiction hekayələri oxumaq inkişafa kömək edə bilər. amma əsla türkcə dili bölməsini seçməyin. təcavüzü sevimli göstərən, atasıyla/qardaşıyla eşq yaşayan obrazlar, saf qızlar/bad boy oğlanlar və digər səfeh mövzulardan keçilməyən hekayələrlə doludur. dəryadan damla olsa da, türkcə keyfiyyətli yazılmış, möhtəşəm elmi-fantastik, fəlsəfi hekayələr də var əlbəttə. düzü hər dildə var. axtarsanız, almaz qədər dəyərli hekayələr tapmaq olar. azərbaycanlı həvəskar yazarlar da, həvəskar deyilməyəcək qədər əla yazanlar da var. məqsədini pisə istifadə etməsələr, gözəl bir proqramdır əslində.

Universitetlər onlayn dərsləri bu proqram ilə keçməyə başlayıblar.Ona görə birdən birə bütün dünyada milyonlarla insan bu proqramı yükləməyə başlayıb və şirkətin sahibi bir neçə günə milyarder olub.

Virusdan karlı çıxan yeganə adam ola bilər.

Playeri çox yaxşı işləyir.Buffering problemi yaşamırsan.Altyazı ilə baxmaq istəyənlər üçün də çox rahatdır.Alt yazının fontunu və ölçüsünü də dəyişmək olur.Bir də, izlədiyin filmləri yarıda qoyduqda sonradan xatırlatmaq kimi mükəmməl bir özəlliyi var.

özünün asinxron tasklar üçün cron sistemi olan cms. süni olaraq yaradır cronu. əslində tam başa düşməsəm də düşünürəm ola bilsin saytda işə düşən bütün requestlər və pinglər əsasında işə düşür. çox bəyəndim, istifadəsi də çox rahatdır hələ ki.

Bəzi insanlar bu platformanın klassik ədəbiyyat oxumaq üçün olduğunu sanır.Tətbiqin nə olduğunu başa düşmürlər ümumiyyətlə. Bu platforma həvəskar yazarların öz kitablarını yazmağı üçündü.Gəlibdə axtarış hissəsinə klassiklərin adını yazmayın, xəyal qırıqlığı yaşayacaqsınız.

Köhnə Gamesap üzvlərinin yaratdığı texnologiya xəbərləri portalıdır.Əvvəl təkcə facebook səhifələri var idi.Əsasən texnoloji faktlar və s. paylaşımlar edirdilər.Sonradan sayt falan açdılar.Səhifələrindəki ilk şəkillərə baxanda aydın olur ki, səhifə əvvəl düşük zarafatlar və dini statuslar paylaşılan bir yer olub.Sıfırdan başlamaqdansa adını dəyişib davam ediblər yəgin.

Güncəlləmədən sonra gələn yeniliklər mükəmməl oldu.Əvvəlki görünümünü niyəsə heç bəyənə bilmirdim.Bir də axtarış hissəsinə avtomatik tamamlamada qoysalar yaxşı olacaq.

ilk testdə çox xoşuma gəldi. mənim pc parametrlərini 2-3 dəfə aşacaq qədər güclü parametrlərdə və heç vaxt görmədiyim qədər aşağı ping lərdə oyun oynamaq ləzzət elədi. tək pis cəhəti bizim ölkə üçün olan rus regionu olmasıdı.