Yunan mənşəli söz olub, təbiətdən sonra gələn, təbiətdən üstün duran anlamını verən anlayışdır.Metafizika dialektikanın əksinə olaraq hərəkətsizlik, ətalətlilikdir.Əgər dialektika inkşaf haqqında ən univerisal metod hesab olunursa, metafizika tam olaraq əksidir.İlk dəfə bu anlayışa Aristotelin "metafizika" adlı əsərində rastlanılır.Bu cür adlandırılmasına səbəb, Aristotelin buradakı fikirləri əvvəl yazmış olduğu təbiətlə bağlı fikirlərdən sonra gəlməsi ilə bağlıdır.Metafizikaya varlıq haqqında təlim, din, kosmologiya ilə bağlı məsələlər daxildir.Məsələn, Fizika elmi deyir ki, qatıq ağdır.Metafizika isə belə deyir: mənə maraqlı deyil qatıq ağdır ya qırmızı. Maraqlı olan, qatığın niyə ağ olmasıdır.

Metafizika hadisələr və proseslərin niyəsini axtarır.Təbiət elmlərinin, fizikanın işə yaramadığı məsələlərdə metafizika işə düşür.Məsələn, Tanrı haqqında olan fikirlər, yaradılış və s. məhz metafizikanın həll etməyə çalışdığı məsələlər sırasındadır.