Yaxşı kurs və səndəki mən bu dili öyrənmək istəyirəm şeyi kömək edir. misalçün,mənim getdiyim kursda müəlliməm litvalı 22 yaşlı çiçəh kimi qızdı. otağa girən kimi fsyo azəricə qalır çöldə. azıq deyə qrupda hamımız qoyulan mövzuya( mövzular maraqlı olur deyə fikir bildirməmək olmur) rahat fikir bildiririk. ingiliscə fikirləşib elə də danışırıq. mırt tuturuq, deyirik gülürük zad amma hamısı ingiliscə.azəricə danışan kimi brigita inciyir.ona görə zarafatımız zadımız hamsı ingiliscə olur. mən özüm də səy göstərirəm deyə babat nəticəsi var. nəm, bir yerde otururuq ingilis altyazılı kinolara baxırıq zad. özüm evdə söz ehtiyyatımı artırmaqla məşğulam. onu da nətər eliyirəm? kinolardan, kitablardan qabağıma çıxan sözləri vərəqə yazıb arxasına da mənasını yazıram. girib çıxıb oyun oynuyuram elə biki. vərəqi götürürəm, sözə baxıb mənasını fikirləşməyə başlayıram sora da arxasındakı cavaba baxıb düz ya səhv dediyimi yoxlayıram. bunu hər gün eliyrəm deyə, beynimə yazılır. sora da öyrəndiyim sözləri brigita ilə kursda praktika eliyirəm. yanı ki, yetər ki istəyin əzizlərim, yol həmişə var.