Məsələyə aydınlıq gətirmək lazımdır.

Sosializm, marksizm, solçuluq və.s hansı adı ilə bilinir bilinsin, bir ideologiyadır. din deyil. bunu vurğulamaq, və unutmamaq lazımdır. bütün müzakirələrinizdə də, istər özünüzlə olan, içinizlə dialoqdaykən, istər bir başqasıyla müzakirə edərkən unutmayın. sosializm və kapitalizm ideologiyalardır. din deyillər. dogmatik olaraq qəbul etməmisiniz onları. düşünüb, qərara gəlib demisiniz ki, mənə görə doğru olan budur. buradaki "mənə görə"ni heç vaxt unutmayın. sizə görə elədir. sizə görə doğrudur. din isə elə deyil məsələn. din sizə görə doğrudursa, deməli hamıya görə doğru o olmalıdır. düzdür mü? məsələn sən müsəlmansansa, bu dünyəvidir elə deyilmi? yəni sənə elə gəlir ki, dünyanın allahı birdir, dini birdir, sadəcə digər dinlərə inanlar yanılırlar. din dogmadır. ideologiya deyil.