düşüncələri əks etdirən cümlələrini rep şəklində insanlara çatdırmağa, yaradıcı ruhlarını və ya daxili dünyalarını musiqi ilə ifadə etməyə çalışmış, müəyyən qədər cəmiyyətimizdə dəyişim yaratmağı və həyatlara təsir etməyi bacaran, vaxtilə fəaliyyət göstərmiş azərbaycanlı gənclərdən ibarət birlik və ya qrup. yəqin ki ona müraciət edənlər üçün bir fikir kataloqu sərgiləyirdi və məqsəd beyinləri aydınlatmaq və ya düşüncə fırtınası yaratmaq, dinləyicini özünü sorğulamaya yönəltmək, daxilə boylanmağa səsləmək kimi bir şey idi. fəaliyyətinin xülasəsini belə ifadə edərdim: əlinin çatdığı kütləni haqqı ödənilən bir silkələmə təcrübəsindən keçirdi.